Rusiya Patriarxı Ərdoğana xeyir-dua verib

11:00 30.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yenidən Türkiyə prezident seçilən Rəcəb Tayyib Ərdoğana bir təbrik məktubu da Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilldən gəlib.

Hafta.az-ın Patriarxlığın internet saytına istinadən yazdığına görə, ​​Kirill Ərdoğana "güc və işində uğurlar" arzulayıb.

Patriarx mesajında ​​"Yenidən Türkiyə Cümhuriyyətinin prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri göstərir ki, ölkə vətəndaşları sizin sosial və iqtisadi sahədə transformasiya siyasətinizə etimad göstərirlər. Rusiya və Türkiyə xalqları arasında çoxlu bağlar var ki, siz və işçiləriniz ötən illərdə onları möhkəmləndirmək üçün çox çalışmısınız” bildirib.

Patriarx Kirill prezident Ərdoğanın fəaliyyətinin iki ölkə və xalqlar arasında mehriban qonşuluq münasibətlərinin inkişafına yönələcəyinə ümid etdiyini bildirib və mesajını belə yekunlaşdırıb: “Məsuliyyətli xidmətinizdə sizə güc və uğurlar, dövlətimizə və türk xalqına sülh və firavanlıq arzulayıram".

Siyasət rubrikasından digər xəbərlər