“Gallup”un keçmiş sovet respublikalarında yaşayan etnik ruslar arasında apardığı araşdırma Rusiyada hökumətini bəyənənlərin kəskin şəkildə azaldığını üzə çıxarıb. Sorğunun aparıldığı 11 respublikanın hamısında eyni tendensiya mövcuddur.
Hafta.az-ın yazdığına görə, etnik ruslar arasında Rusiyaya müsbət baxdığını deyənlərin nisbəti Qırğızıstan və Özbəkistanda cəmi 50 faizdən çox olub. Lakin buna baxmayaraq bu ölkələrdə də əvvəlki illərlə müqayisədə xeyli azalma var.
Qazaxıstanda yaşayan ruslar arasında Rusiyanın hərəkətlərini bəyənməyənlərin nisbəti 20 faizdən 50 faizə yüksəlib, bəyənənlərin nisbəti 55 faizdən 29 faizə düşüb.
Ukrayna, Litva, Gürcüstan, Estoniya və Latviya kimi ölkələrdə Rusiyanı bəyənənlərin sayının 5 faizdən aşağı düşdüyü halda, Azərbaycan, Ermənistan, Moldova və Qazaxıstanda 20-30 faizə enib.
Araşdırmanın daha bir maraqlı nəticəsi odur ki, özünü rus kimi təqdim edənlərin nisbəti azalmağa meyllidir. 2007-2009-cu illərdə aparılan araşdırmada Qazaxıstanda özlərini rus kimi qələmə verənlərin nisbəti yüzdə 33 faizkən indi bu nisbət yüzdə 15-ə düşüb.
Latviyada bu göstərici 30 faizdən 19-a, Estoniyada isə 29 faizdən 21 faizə enib.