Rusiya XİN: Ruslar quru yolu ilə İrandan Azərbaycana keçə bilərlər

23:32 16.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ruslar İrandan quru yolu ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə quru yolu ilə ölkəni tərk edə bilər. İsraildən isə qonşu Misirə və ya İordaniyaya gedə bilərlər", - mətndə deyilir.

Rusiya diplomatik missiyası, həmçinin İsrail və İrandakı ruslara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edir.