Rusiyadan köçən yəhudilərə AZƏRBAYCANDA MÜVƏQQƏTİ DÜŞƏRGƏ SALINIR?

12:55 16.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Rusiyanın “qismən səfərbərlik” elan etməsindən sonra İsrail artan immiqrasiyanı qarşılamaq üçün müxtəlif hazırlıqlar görür. Bu çərçivədə İsrail Rusiyada yaşayan yəhudilərin ölkəyə qayıtması üçün 25 milyon dollar ayırıb".

Hafta.az-ın yazdığına görə, bu barədə "Middle East Monitor" məlumat ayyıb. Qeyd edilib ki, yəhudilərin Rusiyadan İsrailə qayıtması çərçivəsində hazırlanan proqramlar arasında Azərbaycanda müvəqqəti qaçqın düşərgələrinin yaradılması ideyası da var.

Yəhudi Agentliyinin təşəbbüsü ilə Azərbaycanda yaradılacaq müvəqqəti düşərgələrdə Rusiya yəhudilərinin yerləşdiriləcəyi gözlənilir.

İsrail Mərkəzi Statistika Mərkəzinin məlumatına görə, son 20 ildə ölkəyə ən çox immiqrant göndərən iki ölkə Rusiya və Ukrayna olub.

Rusiya və Ukraynadan İsrailə köçənlərin əksəriyyəti yəhudi əsilli mühacirlərdir və onlara İsrail qanunlarına əsasən vətəndaşlıq verilir.

Müharibədən öncə Rusiyada 600 minə yaxın yəhudi yaşadığı məlum idi.

Siyasət rubrikasından digər xəbərlər