Rusiyadan qızıl həmləsi: Ehtiyatlar 200 milyard dollara çatdı

09:15 09.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının sonunda Rusiyanın qızıl ehtiyatları rekord səviyyəyə - 199,8 milyard dollara çatıb. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, ölkənin qızıl investisiyaları sentyabrda 5,8 faiz artaraq, əvvəlki rekord olan 188,8 milyard dollardan əhəmiyyətli dərəcədə yüksəkdir.

Hafta.az-ın yazdığına görə, Rusiyanın ümumi valyuta ehtiyatlarında qızılın payı da artaraq 30,8 faizdən 31,5 faizə yüksəlib. Bu, 1999-cu ilin dekabrından bəri ən yüksək göstərici kimi qeydə alınıb. Həmin vaxt qızılın ehtiyatlarda payı 32,1 faiz təşkil edirdi.

Rusiya Mərkəzi Bankı həmçinin beynəlxalq ehtiyatlarının oktyabrın 1-nə 633,7 milyard dollara yüksəldiyini bildirib. Bu rəqəm sentyabrın 1-də olan 613,7 milyard dollar səviyyəsi ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Rusiya Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin oktyabr ayına ölkənin ümumi valyuta və qızıl ehtiyatları 633,7 milyard dollara çatıb. Bu rəqəm 2024-cü ilin sentyabrında, əvvəlki ayda 613,7 milyard dollarla müqayisədə əhəmiyyətli artım göstərdi. Bu məcmuda qızıl ehtiyatlarının payı 31,5 faiz təşkil edir.

Digər tərəfdən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara görə Rusiyanın təxminən 300 milyard dollarlıq aktivləri xaricdə dondurulub.