Rusiyalı erməni milyarder Qarabağda – “MÜQAVİMƏT HƏRƏKATI” YARADIR…

18:10 01.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bildirən rusiyalı milyarder Ruben Vardanyan dünya ermənilərinə Qarabağdakı haylara dəstək üçün müraciət edib.

Hafta.az  xəbər verir ki,  News.am-ın yaydığı məlumata görə, R.Vardanyan video-müraciətini Xocavənd rayonunun işğal altındakı "Sxtoraşen" adlandırılmış Şıx Dursun kəndində yerləşən 2040 yaşı olduğu iddia edilən nəhəng qoca çinarın yanında dayanaraq ünvanlayıb.

“İnanıram ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri Artsax xalqı ilə bir yerdə olmalıyıq. Biz onlara nəinki simvolik dəstək verməliyik, həm də əməldə kömək etməliyik”,

O, Rusiyaya Qarabağdakı mövcudluğuna və “sülhməramlı” qoşunları tərəfindən buradakı erməniləri müdafiə etməsinə görə minnətdarlığını bildirib.

“Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Artsax xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır”- deyə erməni milyarder vurğulayıb.

Xatırladaq ki, 44 günlük savaşdan öncə  və sonra Azərbaycan torpaqlarında məskunlaşmış haylara mütəmadi maliyyə yardımı edən Ruben Vardanyan avqustun əvvəlində, yəni Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılması məsələsi gündəmə gəldikdən sonra Qarabağda müqavimət hərəkatı yaratmaq təşəbbüsü ilə çıxış edib.

Siyasət rubrikasından digər xəbərlər