Yazını böyüt
Yazını kiçilt
Dünyada "məşhur model Naomi Kempbellin keçmiş sevgilisi" kimi tanınan rusiyalı sahibkar Vladislav Doronin Türkiyədə öz brendi ilə lüks otellər şəbəkəsi qurmağı planlaşdırır.
Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatı Doroninin 2011-ci ildə Bodrumdakı Amanruya adlı obyekti ilə sektora girdiyini xatırladır. Bildirilib ki, Doronin “Janu” brendi ilə 4 il ərzində Türkiyə də daxil olmaqla 11 ölkədə otellər açacaq.
Markanın 2026-cı ildə Türkiyədə fəaliyyətə başlayacağı və ilk otelinin İstanbulda olacağı təxmin edilir.
Doronin Maldiv adalarında, Monteneqroda və Səudiyyə Ərəbistanında “Janu” brendi ilə, Venesiyada isə “Aman” brendi ilə otellər açıb.