Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, ölkə əhalisinin 37,7 faizinin gündəlik gəliri 10 dollardan azdır.
Hafta.az-ın yazdığına görə, orta aylıq əməkhaqqının 80 min rubla yaxın olduğu Rusiyada cəmiyyətin böyük hissəsi maddi sıxıntılardan əziyyət çəkməkdə davam edir. “Rosstat”ın məlumatına görə, Rusiya vətəndaşlarının 64,4 faizi ayda 45 min rubldan (470 dollar) az maaş alır.
Əhalinin 37,7 faizinin aylıq gəliri isə 27 min rubl (gündə 9,3 dollar) təşkil edir.
Sorğuda iştirak edənlərin 21,7 faizi ayda 19 min rubl (gündə 6,6 dollar), 11,7 faizi isə 14 min rubl (gündə 4,9 dollar) qazandıqlarını bildirib.
Aylıq gəliri 75 min rubldan (780 dollar) çox olan Rusiya vətəndaşlarının nisbəti 14,7 faizdir.
Rusiyada əhalinin 7,6 faizi ayda 100 min rubldan (1040 dollar) çox qazanır.