Yazını böyüt
Yazını kiçilt
İsveçrə hökuməti Rusiya Bankının dondurulmuş ehtiyatlarının Kiyevin xeyrinə ələ keçirilməsi üçün qanunvericilikdə heç bir maneə görməyib.
Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, İsveçrə İqtisadiyyat Nazirliyinin sözçüsü Fabian Mayenfisç bildirib ki, bu, hüquqi cəhətdən mümkündür.
Məlumata əsasən, Rusiyanın Ukraynaya hərbi təcavüz etdiyi ilk günlərdə Qərbin sanksiyalarına məruz qalan Rusiya Mərkəzi Bankının ümumilikdə 7,4 milyard frank və ya 8,3 milyard dollar vəsaiti İsveçrə banklarında aşkar edilərək bloklanıb.