Rusiyanın qızıl ehtiyatları 2332 tonla rekord qırdı

10:00 22.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın qızıl ehtiyatları 2332 tonla son 21 ilin ən yüksək səviyyəsinə çatıb. Dünya Qızıl Şurasının məlumatlarını təqdim edən “İzvestiya” qəzeti Rusiyanın ehtiyat ölçüsü reytinqində 5-ci yerdə olduğunu yazır.

Hafta.az-ın yazdığına görə, ilk dörd yerdə ABŞ (8133 ton), Almaniya (3355 ton), İtaliya (2451 ton) və Fransa (2436 ton) qərarlaşıb.

“İzvestiya” qızıl ehtiyatlarının artımını Rusiyanın ehtiyat valyuta kimi dollar və avrodan imtina etməsi ilə əlaqələndirir.

Rusiyanın qızıl ehtiyatları 2000-ci ildə cəmi 384 ton idi. Məlumata görə, Rusiya qızılın hamısını ölkə daxilində saxlayır.