Rusiyanın Ukraynadakı qələbələrindən məyusam... - Litvanın xarici işlər naziri

14:30 13.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib ki, Rusiya hərbçilərinin Ukrayna ərazisindəki döyüş bölgəsindəki qələbələri məyusedicidir.

Hafta.az bildirir ki, Bu barədə "Foreign Policy" məlumat yayıb.

“Aldığımız məlumatların bir hissəsi olduqca məyusedici səslənir: ruslar tərəqqi nümayiş etdirməkdə davam edir və ya ukraynalılar sabit təmas xəttini saxlaya bilmirlər. Beləliklə, Rusiyanın uduzmamaq şansları hələ də kifayət qədər yüksəkdir”, - nazir hesab edir.

Bundan əlavə, Landsbergis Rusiyanın xarici sanksiyalara qarşı müqavimətini qeyd edib.

“Onlar buna tab gətirə bilirlər və əgər uzunmüddətli perspektivdə təzyiqə tab gətirə bilsələr, bu o deməkdir ki, biz geosiyasi reallığın çox təhlükəli mərhələsindəyik”.

Bir müddət əvvəl İtaliyadan olan jurnalist Marko Travaglio La7 telekanalına müsahibəsində bəzi KİV-lərin açıqlamalarına baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatda ukraynalıları məğlub etdiyi barədə fikirlərini bölüşüb.