“Rusiyanın verdiyi dərslər heç vaxt öyrənilmir, bu da yeni faciələr gətirir” - Litva səfiri

09:10 19.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Litvanın Ankaradakı səfiri Rikardas Dequtis Krım tatar xalqının Krımdan deportasiyasının və soyqırıma məruz qalmasının 81-ci ildönümü ilə bağlı xatirə mesajı yayımlayıb.

Hafta.az-ın yazdığına görə, mesajda qeyd olunur ki, Krım tatarlarının nümayəndələri bir neçə əsrdir Litvada yaşayırlar və onlar artıq Litva cəmiyyətinin tanınmış və hörmətli hissəsidir.

“Biz sürgün ağrısını çox yaxından hiss edirik, çünki litvalılar sovet işğalı zamanı eyni faciəni yaşayıblar. Deportasiyalar bizə təkcə tariximizdə baş vermiş faciəli hadisələri deyil, həm də Rusiyanın Ukraynaya amansız hərbi təcavüzündən sonra qonşularımızda baş verən hazırkı faciəni, o cümlədən Krımdakı tatarların taleyini xatırladır. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində biz Litvada İkinci Dünya Müharibəsi illərində tariximiz haqqında açıq danışmağa başlayanda ümid edirdik ki, bu vəhşiliklərə görə məsuliyyət daşıyan ölkə heç olmasa üzr istəyəcək və bundan dərs alacaq. Təəssüf ki, belə olmadı. Rusiyanın verdiyi dərslər heç vaxt öyrənilmir və bu da yeni faciələr gətirir”, - Litva səfiri deyib.