Saatlı sakinindən avtomat götürülüb

12:38 01.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Mustafabəyli kənd sakini Cəlal Camalovdan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 60 ədəd patron və 2 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.