Saatlıda 18 yaşlı gənc bıçaqlanıb

10:22 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini 2005-ciil təvəllüdlü Nəsirov Sadiq İmran oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaxınları bildirib ki, S.Nəsirov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.