Sabah güclü külək əsəcək - Xəbərdarlıq

17:24 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, iyunun 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, arabir 23 m/s, iyunun 18-i səhər yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 18-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Oxunma sayı 584