Sabiq icra başçısının oğlu işdən çıxarıldı

13:28 15.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayon icra hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq idi. N.Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.