Sabirabadda kombayn aşıb, sürücü ölüb

10:34 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda kombaynın aşması nəticəsində sürücü ölüb. Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.

Hafta.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpü üzərindən keçərkən kanala aşıb.

Hadisə zamanı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.