Şagirdlərin elektron yerdəyişməsi başlayır

17:00 11.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Oxunma sayı 3278
Sosial rubrikasından digər xəbərlər