Yazını böyüt
Yazını kiçilt
Dekabrın 5-də Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatı start götürüb.
Hafta.az xəbər verir ki, ölkəmizi qitə çempionatında 4 şahmatçı - Qədir Hüseynov, Rauf Məmmədov, Rəfael Bayramlı və Yusif Kərimli təmsil edirlər.
İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir.
İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarət olacaq.