Şahramanyan Vardanyanın necə tutulmasından danışdı

11:58 18.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ruben Vardanyan gizlənərkən həbs olunmayıb". 

Hafta.az xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan deyib. 

O, separatçıların siyasi-hərbi rəhbərliyinin koordinatlarını verməsi barədə yayılan məlumatları təkzib edib:

"Ruben Vardanyan gizlənərkən həbs olunmayıb. O, həmin anda mümkün olan yeganə yolla hərəkət etməyə çalışıb və Həkəri körpüsündə tutulub".