Yazını böyüt
Yazını kiçilt
Salyan rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Hafta.az xəbər verir ki, Noxudlu kənd yolunda baş verən yol qəzası zamanı xəsarət alan Tərlan İmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov da ölüb. V.İmanov T.İmanovun atası olub. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, qəza rayonun Noxudlu kəndinin yolunda qeydə alınıb.
İki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, 4-ü isə yaralanıb.
Əraziyə polis əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.