Şamaxıda iki nəfər dəm qazından zəhərlənib

11:22 12.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Şamaxının Göylər kənd sakini, 35 yaşlı Ləman Alıyeva və 15 yaşlı Ayxan Alıyev dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib, onların müalicəsi davam etdirilir.