Şamaxıda məktəbli dəm qazının QURBANI OLDU

18:25 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda məktəbli dəm qazının qurbanı olub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Qızmeydan kəndində baş verib.

Kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.

O, Şamaxı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.