Səfərbərlik Rusiyanı batırır: 1 ayda 7,4 milyard dollar ölkədən çıxarılıb

10:05 21.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 21-də açıqlanan səfərbərlik qərarından sonra ölkəni tərk edən Rusiya vətəndaşları xaricə pul köçürmələrini artırıb. RBC qəzeti yazır ki, ölkəni tərk edənlər debetkartlarından istifadə edə bilmədiklərinə görə özlərinə köçürmələr ediblər.

Hafta.az-ın yazdığına görə, Rusiya banklarında fərdi əmanətlər sentyabrda 458 milyard rubl və ya 7,4 milyard dollar azalıb.

VTB rəsmiləri müştəriləri tərəfindən edilən köçürmələrdə artım olduğunu təsdiqləyiblər. Belə ki, VTB müştəriləri sentyabrın 15-dən oktyabrın 15-dək 2,1 milyard rubl (34 milyon dollar) çıxarıblar. Ən çox pul köçürmələri həyata keçirən ölkələr Belarus, Qazaxıstan və Ermənistan olub.

"Tinkoff Bank" səlahiyyətliləri də müştəriləri tərəfindən edilən köçürmələrin sentyabrdan bəri artdığını söyləyib. Bankın nümayəndəsi müştərilərinin telefon nömrəsinə pul köçürmə üsulundan istifadə etdiyini və ən çox köçürmənin həyata keçirildiyi iki ölkənin Özbəkistan və Tacikistan olduğunu bildirib.

"MTS Dengi" pul köçürmə sisteminin nümayəndələri də Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistana köçürmələrdə artımın müşahidə olunduğunu bildiriblər.

Son zamanlar Antalyada ev alan rusların pullarının bir hissəsini köçürdükləri digər ölkə isə Türkiyənin olduğu bildirilir. 

Siyasət rubrikasından digər xəbərlər