Şəhid anaları və xanımları üçün aksiya keçirilib 

10:51 17.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı, Ömür klinikasının tibbi dəstəyi ilə  44 günlük Vətən müharibəsinin 1-ci ildönümü münasibəti ilə Şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək məqsədilə aksiya keçirilib.

Bu barədə hafta.az-a “Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyindən məlumat verilib.

Aksiya çərçivəsində  40-dan çox Şəhid anası və xanımı üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olunub.

“Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal bildirib ki, 44 günlük haqq savaşında Şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin anaları və xanımlarına diqqət və qayğı ilə yanaşmaq hər kəsin vətəndaşlıq borcu olmalıdır.

O, İctimai Birlik tərəfindən şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına dəstək məqsədilə aksiyaların davam etdiriləcəyini deyib.