Bu gün Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə yekun vurulub.
Hafta.az-ın məlumatına görə, turnirdə iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlib.
İlk oyun günündə heç-heçə oynayan Şəhriyar bu gün rəqibinə qalib gəlib. 4 qarşılaşmadan ibarət olan görüşdə Məmmədyarov artıq 3-cü partiyada qələbəni rəsmiləşdirib. Beləliklə, sonuncu görüşə ehtiyac qalmayıb. Yekunda şahmatçımız turnirdə 3-cü yeri tutub.
Çempionlar Turu: "New In Chess"
3-cü yer uğrunda görüş
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2,5:0,5
İlk oyun - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.