Şəhriyarla Teymur "New İn Chess" turnirində 1/4 finala yüksəliblər

09:21 27.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Onlayn şahmat üzrə Çempionlar Turunun V mərhələsi olan "New İn Chess" turniri davam edir.

Hafta.az xəbər verir ki, Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da iştirak etdiyi yarışda 3-cü günün oyunları keçirilib.

Keçirilən oyunlardan sonra Şəhriyar 9,5 xal toplayaraq 3-cü, Teymur isə 8,5 xal toplayaraq turnirdə 8-ci yeri tutub. Bu xallar nəticəsində təmsilçilərimiz 1-ci mərhələni ilk “8-lik”də başa vuraraq növbəti mərhələyə yüksəliblər. 

Bununla da "New İn Chess"də birinci mərhələ başa çatıb. 16 iştirakçı bir dövrəlik dairəvi sistemlə mübarizə apararaq 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdiriblər.