Şəmkirdə eyni vaxtda iki qəza

20:50 23.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı VAZ markalı maşın digər minik avtomobili ilə toqquşub.

Hafta.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb.

VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.