Yazını böyüt
Yazını kiçilt
Şəmkirdə yanğın hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, yanğın hadisəsi Tatarlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakininə məxsus, bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evində qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində alov qısa müddətdə söndürülüb və evin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.