"Bu il çuğundur əkmişik. Məhsuldarlıq çox yaxşıdır. Məhsulumuz yerdə qalmır. Maşınlar gəlir, yığıb aparırırlar. Demək olar ki, məhsulu satmaq problemimiz yoxdur. Ötən il hektara 3000 manata yaxın gəlir götürdük. Bu il bundan da artıq məhsuldarlıq gözləyirik".
Bunu hafta.az-a açıqlamasında Şəmkirdən olan fermer Eldar Hüseynov deyib. Eldar Hüseynov bildirib ki, hər il iki hektar çuğundur, 1 hektar arpa və 2 hektar yonca əkir. Məhsuldarlıq isə ildən-ilə daha yüksəkdir:
"Dövlət gübrə pulu verir. Yanacaq pulunu ödəyir. Suvarma sistemimiz var. Fəhlələrə də pul ödəyirik. Çətinliyimiz yoxdur. Hər şeyi dövlət özü edir. Məhsuldarlıq yaxşıdır. Gələcəkdə təsərrüfatımızı böyütməyi düşünürük. Çünki buna ımkan var. Güzəştli kreditlər verilir. Kəndlinin qayğısına qalırlar. Çox razıyıq".