Serbiya nüvə proqramının inkişafına BAŞLAYIR

09:12 11.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Serbiya milli nüvə proqramının dinc məqsədlər naminə həyata keçirilməsi üçün hazırlıqlara başlayıb".

"Veçernje Novosti" qəzeti yazır ki, bunu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç deyib. Onun sözlərinə görə, Serbiya enerji haqqında qanuna dəyişiklik etməklə nüvə enerjisini dinc məqsədlər üçün inkişaf etdirmək imkanını yaradıb:

"Biz enerji təhlükəsizliyinin gələcəyi haqqında düşünməliyik. Bunun üçün yaxşı təməlimiz var, lakin biz onu daha da gücləndirmək istəyirik".