Serbiya prezidenti ölkəsinin Aİ-na üzvlüyə hazır olduğunu açıqlayıb

20:05 03.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Serbiya prezidenti Aleksandar Vuçiç respublikanın Avropa İttifaqına daxil olmağa hazır olduğunu bəyan edib, lakin NATO-ya daxil olmaq məsələsini həll etmək fikrində deyil. RTS telekanalı xəbər verir ki, o, bunu Milli Assambleyanın (ölkə parlamenti) iclasında deyib.

“Serbiya Avropa yolundadır və Atlantik inteqrasiyaya gəldikdə, Serbiya NATO-ya qoşulmaq istəmir. Serbiya öz hərbi neytrallığını canfəşanlıqla qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiya ilə Atlantik inteqrasiya arasında fərq var”, - deyə prezident bildirib.

Oxunma sayı 121