Sərhəddə 122 kiloqram heroin saxlanılıb 

13:11 22.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb.

S.Mehdiyev deyib: "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alındı".