Serxio Ramos İspaniya millisinin heyətində yeni rekorda imza atıb  

11:05 16.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə İspaniya millisinin və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

Hafta.az xəbər verir ki, 34 yaşlı müdafiəçi buna UEFA Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda nail olub. O, həmin oyunda iştirak etməklə yığmanın heyətində çıxdığı qarşılaşmaların sayını 177-yə çatdırıb. Bu isə Avropada milli komandalar üçün yeni rekord sayılır.

Bunadək ən yüksək göstərici İtaliya yığmasında 176 oyun keçirən Canluici Buffona məxsus idi.

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.