Sexdən 6 min manatlıq oğurluq olub

13:50 05.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sexdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən cari il yanvarın 4-dək olan müddətdə Binəqədi qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərinin birindən 6000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.