Milli Məclisdə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun 2024-ci il ərzində insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik məruzəsi dinlənilib.
Hafta.az xəbər verir ki, məlum hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri, tövsiyələri nəzərə alınmaqla hazırlanıb.
S.Əzimov bildirib ki, insan alveri sahəsində kriminogen durum 2024-cü ildə də nəzarətdə saxlanılmış, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilib.