Seyfulla Əzimov: “İqlim dəyişikliyi kimi qlobal problem insan alveri risklərini iki dəfə artırıb”

12:40 16.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun 2024-ci il ərzində insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik məlumatı dinlənilib.

Hafta.az-ın məlumatına görə,  hesabatda qeyd olunub ki, dünyanı narahat edən iqlim dəyişikliyi kimi qlobal problem insan alveri risklərini iki dəfə artırıb.Bu, əsasən həssas əhali təbəqəsinə aid qadın və uşaqlar üçün təhlükə mənbəyi olub.

2021-ci ildə 23,7 milyon insan təbii fəlakətlər səbəbindən məcburi köçkünə çevrilmiş, bir çoxları iqlim dəyişikliyinin doğurduğu ərzaq çatışmazlığından və yoxsulluqdan xilas olmaq üçün yaşadıqları ölkələri tərk etmiş, nəticə etibarı ilə bu amillər tənzimlənməyən miqrasiya axınının artmasını şərtləndirmişdir.

Qeyd edilən proseslərin davamlı olaraq izlənildiyi, təhlil edildiyi Azərbaycan Respublikasında insan alveri risklərinin qarşısının vaxtında alınması məqsədilə hesabat ilində şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin bu hüquqazidd əməllərdən qorunması Milli Fəaliyyət Planı çərçivəsində ardıcıllıqla icra edilib.