Şeyxülislam II İlyanın dəfnində iştirak edəcək

09:44 20.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edəcək.

Hafta.az xəbər verir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.

O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:

"Orada başsağlığı verdim. II İlya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin"./apa/