“Sinan Oğanla danışıqlar aparmırıq” – Fuat Oktay

13:14 19.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin vitse-prezidenti Fuat Oktay prezident seçkilərinin ikinci turu ilə bağlı 5,2 faiz səs toplayan Ata Alyansının namizədi Sinan Oğanla danışıqlara getməyəcəklərini bildirib.

Hafta.az-ın “Habertürk”ə istinadən yazdığına görə, açıqlama verən Oktay Cümhur İttifaqının Sinan Oğanla görüşəcəyi təqdirdə bazarlıq deyil, prinsipial olacağını bildirib.

"Artıq kütlə ilə bağlı üst-üstə düşən məqamlarımız var. Biz hamıdan - 86 milyondan səs istəyirik və prinsiplərimizi izah edirik. "Bir millət, vətən, bayraq, dövlət" dedik. Burada yaratdığımız və terrorla aramızda çox aydın məsafə qoyduğumuz, terrorla mübarizə bu qırmızı çizgimizin qətiyyətlə davam edəcəyi şəraitdə hər kəslə görüşərik və görüşürük də. Sinan bəylə də bu çərçivədə görüşlər davam edir, amma bazarlıq etmək fikrimiz yoxdur. Bütün danıqlarımız şəffaf və prinsiplər əsasında olacaq", - cənab Fuat Oktay deyib.

Siyasət rubrikasından digər xəbərlər