Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir.
Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması və digər istiqamətlərdə xərclərin artırılması 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsinə imkan yaradıb.
Xatırladaq ki, ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon 500 min manat, xərclərinin 36 milyard 568 milyon 800 min manat məbləğində təsdiq edilməsi təklif edilir.