Spiker Pakistan Prezidenti ilə görüşdü

21:12 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib.

Hafta.az-ın xəbərinə görə, bu barədə TBMM sədri X-da paylaşım edib.

Qeyd edək ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilib.