Gələn ay Netflix-ə “Rotten Tomatoes” icmalı saytında mükəmməl nəticə ilə ürək parçalayan Studio Ghibli filmi ekranlara çıxacaq.
Hafta.az-ın “Games Radar”a istinadən yazdığına görə, “Grave of the Fireflies” filmi sentyabrda Yaponiyadan başqa 190-dan çox ölkədə yayımlanacaq.
Yaponiyanın Kobe şəhərində İkinci Dünya Müharibəsinin sonunda baş verən hadisələrdən bəhs edən film, “Qonşum Totoro”, “Külək yüksəlir”, “Ruhların qaçması” və “Balaca İfritə Kiki” kimi prodakşnların sirasına qatılacaq.
“Grave of the Fireflies” yetim bacılar Seita və Setsukonun sağ qalmaq uğrunda mübarizəsindən bəhs edir.
Akiyuki Nosakanın 1967-ci ildə eyniadlı yarımavtobioqrafik qısa hekayəsindən uyğunlaşdırılan filmin ssenari müəllifi və rejissoru 2018-ci ildə vəfat edən yapon kinorejissor İsao Takahatadır.
İlk dəfə 1988-ci ildə premyerası olan animasiya Studio Ghibli-nin həm ən yaxşı, həm də ən kədərli filmlərindən biri hesab olunur.
Takahata, Hayao Miyazaki və Toşio Suzuki ilə birlikdə Studio Ghibli-nin yaradıcılarından biri idi.
Studiya üçün " Only Yesterday ", “My Neighbors the Yamadas”ı da çəkən Takahata, 2013-cü ildə nümayiş etdirdiyi son filmi " The Tale of the Princess Kaguya " ilə Ən Yaxşı Animasiya Oskarını qazanıb.
“Grave of the Fireflies” ekrana çıxanda həm kino tənqidçilərini, həm də tamaşaçıları heyran edib. Tərifli şərhlərlə dolu olan film, “Rotten Tomatoes”də tam 100 bal toplaya bilib.
“Grave of the Fireflies” 16 sentyabrda Netflix-də yayımlanacaq.
Axın nəhəngi hazırda bütün dünyada üzvlərə Studio Ghibli-dən 22 filmə baxmaq imkanı təklif edir.