Süleymani ilə vida mərasimi təşkil edilib

16:23 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket zərbələri zamanı həlak olan komandanı Qasım Süleymaniyə vida mərasimi təşkil edilib. 

Hafta.az Haberglobal"a istinadən xəbər verir ki, vida mərasimi Bağdadda keçirilir.

Xatırladaq ki, SEPAH-ın "Əl Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.


İslam İnqilab lideri Ayətullah Xamneyi Q.Süleymaninin yerinə yeni komandir təyin edib. General İsmayıl Kaani həmin posta təyin olunub.