Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət olunub. Şəhər icra hakimiyyətinin əməkdaşları bayram günlərində şəhid ailə üzvlərinə baş çəkib, onların qayğıları və problemləri ilə maraqlanıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə AZƏRTAC-a bildirib ki, bayramlarla əlaqədar mindən çox şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlını bildiriblər.