Sumqayıtda zavodda partlayış baş verib

09:14 09.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Hafta.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.