Süni intellektli “Abrams” ABŞ ordusuna bu tarixdə daxil olacaq

09:41 16.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Süni intellekt texnologiyalı yeni “Abrams” tanklarından ibarət (M1E3) ilk tağım dekabr ayında ABŞ ordusunun xidmətində daxil olacaq.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ ordusunun qərargah rəisinin müavini general Kristofer Laniv bildirib. O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləməsindəki çıxışı zamanı qeyd edib ki, ilk tağım qrafikdən beş il əvvəl – 2026-cı ilin dekabr ayında xidmətə daxil ediləcək.

Onun sözlərinə görə, texnoloji inkişafın sürətləndirilməsi yüz milyonlarla dollara qənaət etməyə imkan verəcək.

Yeni “Abrams” müstəsna əks-dron imkanlarına və hədəfi sürətli şəkildə nişan almaq üçün süni intellektlə təchiz olunmuş pilotsuz qülləyə malikdir.