Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün Şuşada dalğalanması, Azərbaycan Prezidenti Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə bu bayrağın azad edilmiş bütün bölgələrdə qürurla qaldırılması fakti 28 may Müstəqillik Gününə böyük dəyər, yeni tarix yazdı.
Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsinin əhəmiyyəti xüsusi vurğu ilə qeyd olunur.
Bu barədə hafta.az-a açıqlama vetən Aydınlar Partiyasının sədri hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün Şuşada dalğalanması, Azərbaycan Prezidenti İlham Əliyevin qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla dalğalandırmasının mühüm əhəmiyyəti var.
Q Əlibəyli qeyd edib ki, Şuşa şəhəri Azərbaycan xalqının mədəniyyətində, tarixində böyük əhəmiyyət kəsb edir, indi də mərkəz olaraq qalır:
"Şuşanın azadlığı Azərbaycan üçün qeyrət məsələlərindən biri idi və bu, cənab prezidentin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən həll olundu. Bu gün Şuşanın yenidən qurulması prosesi gedir. Şuşada Azərbaycan bayrağının dalğalanması həm də ermənilərə göz dağıdır. Düşmən Şuşanı zəbt etməyə çalışırdı. İndi hardan baxırlarsa, Şuşa şəhərində ancaq dalğalanan Azərbaycan bayrağını görürlər. Şuşanın mədəniyyət mərkəzindən çox siyasi mərkəzə çevrilməsi Azərbaycan, bölgə üçün böyük məsələdir".