Şuşada kütləvi məzarlıq aşkarlandı -FOTO

13:16 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada kütləvi məzarlıq aşkar olunub.

Hafta.az xəbər verir ki, məzarlıq Şuşa türməsi ərazisində aşkar edilib.

Türmənin həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir. Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

Siyasət rubrikasından digər xəbərlər