Taekvondo üzrə Azərbaycan birinciliyi keçiriləcək

18:50 25.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Yarış sentyabrın 4-5-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq.

Turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar 10 çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.