Tbilisi Bakı və İrəvana vasitəçilik təklif edir

13:01 07.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar platformasına çevrilməyə hazırdır. Hafta.az bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.

"Tiflis danışıqlardan konkret nəticələr əldə etmək, regionumuzda sülh və sabitliyin bərqərar olması üçün qonşularımızın sakit və dinc dialoq apara biləcəyi yer olmağa hazırdır", - Darçiaşvili bildirib.

Onun sözlərinə görə, tərəflərin görüşü istənilən vaxt və istənilən yerdə ilkin şərt olmadan keçirilə bilər.

Siyasət rubrikasından digər xəbərlər